Azərbaycan basketbol millisinin Ermənistanla oyununun vaxtı açıqlanıb

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol millisinin Avropa Kubokunda Ermənistanla keçirəcəyi oyununun vaxtı bəlli olub.

QİA.az xəbər verir ki, iyunun 8-də Kosovonun paytaxtı Priştina şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq, Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.

Oxşar Xəbərlər