Azərbaycan boksçuları Rusiyada 2 medal qazanıblar

Rusiyanın Çita şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komanda yarışı 2 medalla başa vurub.

Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığmada Məhəmmədəli Qasımzadə gümüş, Tağı Nəsibov (hər ikisi 60 kiloqram) bürünc mükafat qazanıb. M.Qasımzadə, həmçinin turnirin ən əzmkar boksçusu seçilib.

Qeyd edək ki, turnirdə 16 ölkədən 120 boksçu mübarizə aparıb.

Oxşar Xəbərlər