Azərbaycan boksçusu: Finalda məqsədim qızıl medal qazanmaqdır

“İspaniyalı boksçu ilə yarımfinal qarşılaşmasında gərgin mübarizə keçdi. İnanırdım ki, finala vəsiqə qazanacağam”.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında finala yüksələn Alfonso Dominqes deyib.

Doxsan iki kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinal mübarizəsində əlindən gələni etdiyini bildirib: “Hər zaman ikinci nömrədə çıxış etmişəm. Son görüşdə də bunu etdim. Nəticədə qalib gəldim”.

O, final görüşündə məqsədinin qızıl medal qazanmaq olduğunu söyləyib: “Təbii ki, məsuliyyət böyükdür. Əgər qızıl medal qazansam, bu, Azərbaycanın boks üzrə Olimpiada tarixində bir ilk olacaq”.

Oxşar Xəbərlər