Azərbaycan boksçusu Tokio-2020-yə lisenziya qazandı

Boks üzrə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb.

QİA.AZ-ın məlumatına görə, yığmanın heyətində Tayfur Əliyevin (57 kq) ardınca Cavid Çəbiyev bu hüquqa yiyələnib.

Dünya çempionu Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesi (İrlandiya) məğlub edib.

Çəbiyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş olimpiadaya da qatılıb.

Qeyd edək ki, Tokio-2020 bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Oxşar Xəbərlər