Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
“QİA.AZ” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 aylıq ixracın dəyəri 8,477 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrünə nisbətən ixrac olunmuş məhsulun həcmi 3,2 %, dəyəri isə 34,6 % azalıb.
Neft və neft məhsulları Azərbaycanın ümumi ixracında payı 69,3 % paya malik olub.