Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Apr26,2024

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yer tutan iti zəka sahibləri mükafatlandırılıblar.

QİA.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə ilk “5-lik”də qərarlaşan şahmatçılar mükafat alıblar.Karyerasında ilk dəfə Azərbaycan çempionu olan Aydın Süleymanlıya qızıl medal və 12 min manat pul mükafatı verilib.Medal və mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, eləcə də vitse-prezident Faiq Həsənov təqdim ediblər.

Qeyd edək ki, Aydın Süleymanlı finalda Məhəmməd Muradlıya qalib gəlib. 3-cü yer uğrunda görüşdə Xəzər Babazadəni məğlub edən Vüqar Rəsulov isə bürünc medala sahib çıxıb.

Oxşar Xəbərlər