Azərbaycan çempionatının gümüş mükafatçısı amerikalı basketbolçu ilə anlaşıb

“Xəzri” klubu ötən mövsüm komandada çıxış edən legioner basketbolçu Cordan Perkins ilə yeni müqavilə bağlayacaq.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Bakı təmsilçisinin baş məşqçisi Murat Dikmən məlumat verib. Onun sözlərinə görə, amerikalı oyunçu klubla sözləşməsinin uzadılmasına razılıq verib.

“Xəzri” daha əvvəl ABŞ-dan Endryü Platek, Obri MaKellayn, somalili Yusuf Muhammed və Amil Həmzəyevlə vidalaşıb.

Basketbol klubu Ceremi Maklaflinlə isə danışıqları davam etdirir.

Qeyd edək ki, “Xəzri” ötən mövsüm Azərbaycan çempionatının gümüş mükafatçısı və ölkə kubokunun finalçısı olub.

Oxşar Xəbərlər