Azərbaycan çempionatının oyununda faşizm üzərində Qələbə Günü qeyd olunub

Azərbaycan Premyer Liqasının XXVI turunda üz-üzə gələn “Sabah” və “Qarabağ” komandaları oyundan öncə İkinci Dünya müharibəsində Qələbənin 76 illiyini qeyd ediblər.

“QİA.az”ın məlumatına görə, Ağdam və Masazır təmsilçiləri meydana üzərində “9 May – Babalarımızın zəfər mirası” sözləri yazılmış xüsusi bannerlə çıxıblar.

Qeyd edək ki, görüş “Bank Respublika Arena”da keçirilir.

Oxşar Xəbərlər