Azərbaycan Çində keçirilən sərgidə iştirak edir

İyn17,2021

İyunun 15-də Çinin Heyloncian vilayətinin paytaxtı Harbin şəhərində 31-ci Beynəlxalq İqtisadiyyat və Ticarət sərgisi başlayıb.

Bu barədə “QİA.az”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmiz sərgidə “Fəxri qonaq ölkə” statusunda iştirak edir.

Pandemiya ilə əlaqədar Harbin şəhərində tətbiq edilən məhdudiyyətlər səbəbindən, bu il onlayn formatda keçirilən sərgidə Azərbaycan üçün 1810 kv/m-lik 3D formatda onlayn “Made in Azerbaijan” vahid ölkə stendi hazırlanıb. Stenddə 20-dən çox şirkətin xalçaçılıq, qida və içki sənayesinə aid məhsulları nümayiş etdirilir. Bununla yanaşı, onlayn stenddə ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialı nümayiş etdirilir.

İyunun 19-na qədər davam edəcək sərgidə məhsullarımız sərgi ilə yanaşı, müxtəlif onlayn platformalarda da reklam olunur.

1990-cı ildən keçirilən Beynəlxalq İqtisadiyyat və Ticarət sərgisi Heyloncian əyalətinin ən önəmli beynəlxalq sərgisi hesab edilir.

Oxşar Xəbərlər