Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

Apr30,2024

Cüdo üzrə Azərbaycan millisinin Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.

QİA.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma yarışda 3 çəki dərəcəsində 5 qadın idmançı ilə təmsil olunacaq.

Millinin heyətində Leyla Əliyeva (48 kiloqram), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə və Açelya Toprak (hər ikisi 57 kiloqram) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, mayın 3-5-də təşkil olunacaq “Böyük Dəbilqə”də 71 ölkənin 400-dən çox cüdoçusu iştirak edəcək.

Oxşar Xəbərlər