İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan komandası çıxışını başa vurub.
QİA.AZ xəbər verir ki, turnirin son günündə təmsilçimiz Nərmin Əmirli (78 kq) mübarizə aparıb. O ilk qarşılaşmasında kanadalı Korali Qodbuta uduzub.
Bununla da, komandamız çempionatı 2 medalla başa vurub. Belə ki, Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.
Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edib.