“Azərbaycan Dəmir Yolları” bank xərclərini azaldıb

Noy16,2020
“Azərbaycan Dəmir Yolları” bank xərclərini azaldıb

2019-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bank xərcləri 1,577 milyon manat təşkil edib.

“QİA.AZ” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 16 % azdır.

Ötən il ADY-nin bank xərcləri onun əməliyyat xərclərinin 0,3% qədər olub. Bu nisbət əvvəlki il 0,4 % təşkil edib.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.

Oxşar Xəbərlər