2019-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əmək haqları, məvaciblər və müvafiq ayırmalar üzrə xərcləri 110,453 milyon manat təşkil edib.
“QİA.AZ” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 13 % çoxdur.
Ötən il ADY-nin işçilərinə çəkdiyi xərclər onun əməliyyat xərclərinin 24 %-i qədər olub. Bu nisbət əvvəlki il 18,9 % təşkil edib.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.