Azərbaycan dili

İyl31,2020

Azərbaycan Respublikasının rəsmi dövlət dili — Azərbaycan dilidir.

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qoluna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır.

Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var.Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.Dövlət və özəl məktəblərdə dərslər azərbaycan dilində keçirilir, eləcə də, ingilis və rus dili tədris olunur.

Oxşar Xəbərlər