Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, buna görə də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə görüşdə Azərbaycanla münasibətlərin normallaşdırılmasından qorxan Makron Paşinyanı dərhal Parisə çağırıb. Paşinyanın Parisə getməsi ilə paralel olaraq Fransa müdafiə naziri hərbi yük təyyarəsi vasitəsilə İrəvana göndərilib:“Fransa müdafiə nazirinin ermənistanlı həmkarı Papikyanla hərbi təlimlərin keçirilməsinə razılıq imzaladığı vaxtda Makron da Parisdə Paşinyanı təlimatlandırıb. Ona görə də Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu, Gümrüdə hərbi bazanın saxlanılması məsələsinin gündəlikdə olmadığını bəyan edərək Rusiyanı ölkəsində insanları çevrilişə hazırlamaqda günahlandırıb. Təbii ki, bu, Makronun Paşinyana verdiyi tapşırığın icrası idi. O cümlədən Paşinyan dünən parlamentdə keçirdiyi qapalı iclasda Münhendə keçirilmiş görüşdən pozitiv bir şey gözləmədiyini bildirib”.
Deputatın sözlərinə görə, son günlər beş aylıq sükutdan sonra Ermənistanın Azərbaycanla şərti sərhədində atışmaların da yenidən başlandığı müşahidə edilir:“Avropalı generallardan təşkil olunmuş monitorinq qrupu şərti sərhədə gələrək binokllarla selfi çəkir. Digər tərəfdən də Ermənistan yenidən şərti sərhəddə təxribatlara əl atır. Bu hadisələr Qərbin cızdığı planın tərkib hissəsidir. Fransanın müdafiə naziri orta və uzaqmənzilli raketlərin də Ermənistana verilə biləcəyini qeyd edib. Bütün bunlar Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarından irəli gəlir. Birləşmiş Qərb Ukraynada Rusiyaya qarşı apardığı müharibədə uğur qazana bilmir. Ona görə də Cənubi Qafqazda ikinci cəbhəni açaraq Rusiyanın hərbi gücünü iki yerə bölmək kimi ssenarini işə salmağa çalışır”.A.Badamov vurğulayıb ki, Azərbaycan müharibəni istəmədiyini açıq şəkildə bəyan edib:“Təbii ki, Ermənistan tərəfindən hücum təhlükəsi yaranarsa, cavabımız çox ağır olacaq. Paşinyanın yeganə yolu Azərbaycanın şərtlərini qəbul etməkdir. Məhz Azərbaycanla münasibətlərin normallaşacağı təqdirdə Ermənistan üçün bir şans yaranacaqdır. Əks halda Ermənistan Qərblə Rusiyanın arasında gedən müharibənin qurbanına çevriləcək”.