Azərbaycan Filippində keçirilən Beynəlxalq Kulinariya Festivalında təmsil olunub – FOTO

Filippində yaşayan Azərbaycan icması paytaxt Manilada təşkil edilən Beynəlxalq Kulinariya  Festivalında ölkəmizi uğurla təmsil edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, festival çərçivəsində soydaşlarımız tərəfindən yaradılmış Azərbaycan guşəsində adət-ənənələrimizə aid suvenirlər nümayiş etdirilib, milli mətbəximizə aid təamlar qonaqlara  təqdim edilib. Həmvətənlərimiz ölkəmizin əsrarəngiz təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, musiqisi, mətbəxi, həmçinin turizm potensialı barədə festival iştirakçılarına və qonaqlara ətraflı məlumat veriblər.

Festivalda Azərbaycan xalqının dahi bəstəkarı, müasir Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun “Cəngi” uvertürası səsləndirilib. Festival iştirakçıları Azərbaycan musiqisini heyranlıqla dinləyiblər.

Oxşar Xəbərlər