XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında rejissor Rüfət Həsənovun “Daxildəki ada” filminin müsabiqədənkənar təqdimatı baş tutub.
Dövlət Film Fondundan QİA.AZ-a verilən məlumata görə, film Azərbaycanı festivalın “Türk dünyası” bölməsində təmsil edir.
Filmin “Rodina” kinoteatrında baş tutan nümayişindən sonra əsas rollardan birinin ifaçısı Xalq artisti Vidadi Həsənov tamaşaçıların suallarını cavablandırıb.