Azərbaycan gimnastı Avropa çempionatında çıxışını başa vurdu

Apr23,2021

Azərbaycan gimnastı İvan Tixonov İsveçrədə keçirilən idman gimnastikası üzrə Avropa çempionatında çıxışını başa vurub.

QİA.AZ-ın məlumatına görə, o, çoxnövçülük üzrə final yarışında 80.598 xal toplayıb. 25 yaşlı gimnast yekunda 8-ci yeri tutub.

Tixonov artıq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, sabah Azərbaycanın digər idman gimnastı Mariya Nekrasova dayaqla tullanmada final çıxışını edəcək.

Oxşar Xəbərlər