Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda daha bir finala yüksəlib.
QİA.Az Trend-ə istinadən xəbər verir ki, Z.Ağamirova lentlə hərəkətlər proqramında finala çıxıb. Təsnifat mərhələsində gimnastımız 30,650 xalla beşinci yeri tutub.
Z.Ağamirova bu gün gürzlərlə hərəkətlər proqramını da təqdim edib. Bu proqramda idmançı 31.000 xalla 12-ci yeri tutdu.
Kamilla Seyidzadə lentlə hərəkətdə 28.600 xalla 22-ci, gürzlərlə hərəkətlər proqramında isə 14-cü (30.900 xal) yeri tutub.
Xatırladaq ki, bir gün əvvəl Z.Ağamirova halqa ilə hərəkətlər proqramının finalına çıxıb.
Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.