Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan gimnastları Yaponiyaya yollanırlar.
“QİA.AZ” xəbər verir ki, idmançılar olimpiadada fərdi və qrup komandası tərkibində çıxış edəcəklər.
Fərdi çöxnövçülükdə Zöhrə Ağamirova, qrup yarışlarında isə Yelizaveta Luzan, Darya Sorokina, Məryam Səfərova, Ləman Əlimuradova və Zeynab Hummatovadan ibarət komanda qüvvəsini sınayacaq.