Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda ölkəmizə gələn “DAF”, “Volvo” və 2 ədəd “Mercedes Benz” markalı yük avtomobilləri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olub.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilir ki, bu zamanı onlar idarə etdikləri yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.
Lakin yoxlama zamanı avtomobillərdə gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8 300 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.