Fransada klublararası güləş çempionatı start götürüb.
QİA.AZ xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi “Şiltgem” komandası “Mets”lə üz-üzə gəlib.
87 kq çəki dərəcəsində mübarizə aparan idmançı 2 görüş keçirib. Əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı məğlub edib – 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.
Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.