“Düzgün yönəldilmiş investisiyaların sayəsində Gürcüstanda dövlət və beynəlxalq əhəmiyyətli yolların vəziyyəti yaxşılaşdırılır”.
“QİA.az” xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.
Hökumət başçısı gələcək illərdə infrastruktur layihələrə 31 milyard lari vəsaitin xərclənəcəyini bildirib.
İ.Qaribaşvili Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər yolun inşası məsələsinə də toxunub: “Müasir təhlükəsizlik standartlarına cavab verəcək Qırmızı körpü-Sarpi avtomobil yolunun inşası başa çatdırıldıqdan sonra səyahət müddəti yarıyadək azalaraq 8 saat əvəzinə 4 saat təşkil edəcək”.