Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstanda 274,7 min ABŞ dolları dəyərində 73 min 894 litr təbii üzüm şərabı idxal edib.
“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, məhsulun həcmi illik müqayisədə 2,3 dəfə artıb.
Hesabat dövründə Azərbaycan qonşu ölkədən ümumi dəyəri 96,5 min ABŞ dolları olan 110 min 524 litr pivə də tədarük edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 6 min 324 litr və yaxud 6 % çoxdur.