Bu il Gürcüstan 2,730 milyard kubmetr həcmində təbii qaz tədarük edəcək.
“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstanın 2021-ci il üçün təbii qaz balansında bildirilib.
Bu həcmin 2,518 milyard kubmetri, yaxud 92,27 %-i Azərbaycandan idxal olunacaq. İdxalın 1,014 milyard kubmetri “Şahdəniz” yatağı, 1,504 milyard kubmetri isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşəcək.
Cari ildə Gürcüstan Rusiyadan 200 milyon kubmetr təbii qaz alacaq ki, bu da ümumi idxalın 7,3 %-ni təşkil edəcək.
Qonşu ölkədə yerli qaz hasilatının builki həcminin 11,08 milyon kubmetr olacağı proqnozlaşdırılır.