Azərbaycan və Gürcüstan arasında müntəzəm aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılır.
“QİA.AZ” xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qonşu ölkəyə uçuşları gələn ay bərpa edəcəyi gözlənilir.
Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsinə martın ilk ongünlüyündə başlanılması nəzərdə tutulub.
Xatırladaq ki, Gürcüstan martın 1-dən Azərbaycan üçün hava məkanını açacaq. Həmin tarixdən etibarən Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə qonşu ölkəyə daxil ola biləcəklər.