Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1 567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES – 2024” çoxmillətli təlim keçirilir.

QİA.az xəbər verir, bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

“EFES – 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Oxşar Xəbərlər