Bu ilin yanvar-iyun aylarında Azərbaycan 6,8 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edib.
Dövlət Gömrük Komitəsindən (DGK) QİA.AZ-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.
6 ay ərzində içki ixracından gəlir ixrac gəlirlərinin 0,1%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycan 35,6 milyon dollar dəyərində içki və sirkə də idxal edib. Bu isə 1 il əvvələ nisbətən 11,9% çoxdur.
I yarımildə içki idxalına xərc idxal xərclərinin 0,7%-ni təşkil edib.
Azərbaycanın 6 aylıq ticarət dövriyyəsinin dəyərinin 8,8 milyard dolları ixracın, 5,4 milyard dolları isə idxalın payına düşüb.