Azərbaycanın paraatleti Elvin Astanov Polşanın Budqoş şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
“QİA.az”ın məlumatına görə, F53 kateqoriyasında çıxış edən idmançı nüvə itələmə növündə birinci olub. Astanov 8.23 m nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, daha əvvəı T12 kateqoriyasında Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək qızıl, T11 kateqoriyasında Toğrul Hümbətov eyni növdə 5.67 m göstərici ilə bürünc, F57 kateqoriyasında Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə ilə gümüş medal qazanıb