Azərbaycan idmançısı Karate1 Premyer Liqa turnirinin finalına çıxıb

May1,2021

Azərbaycan idmançısı Asiman Qurbanlı (+84 kq) Portuqaliyanın paytaxtı Lissabonda Karate1 Premyer Liqa turnirinin finalına çıxıb.

QİA.AZ Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, bir-birinin ardınca Rumıniya, İsrail, Ukrayna və Almaniyalı idmançıları məğlub edən karateçimizin qızıl medal uğrunda həlledici görüşdə rəqibi Gürcüstan təmsilçisi olacaq.

Bazar günü mükafatlar uğrunda yarışlarda kata milli komandası bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.

Oxşar Xəbərlər