Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 28 il ötür.
QİA.AZ xəbər verir ki, “Report”un Gürcüstan bürosu xatırladır ki, iki ölkə arasında diplomatik əlaqələrin əsası 18 noyabr 1992-ci il tarixində qoyulub.
1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb.
Faiq Quliyev bu ilin avqustun 17-də Azərbaycanın Gürcüstandakı səfiri təyin olunub. O, oktyabrın 2-də etimadnaməsini Gürcüstan prezidentinə təqdim edib.
Gürcüstanın Azərbaycandakı səfiri isə Zurab Pataradzedir. O, bu vəzifəni 2018-ci ilin avqustundan yerinə yetirir.
Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın bu şəhərdəki Baş konsulu Pərviz İsmayılzadədir.
Gürcüstanın Azərbaycanın Gəncə şəhərindəki Baş Konsulluğu isə 2013-cü ildə açılıb. Gürcüstanın bu şəhərdəki Baş konsulu Nikoloz İaşvilidir.
Tərəflər arasında imzalanan sənədlərin sayı 100-dən çoxdur.