Elm və təhsil nazirinin müavini Həsən Həsənli İsrail Dövlətinin Regional Əməkdaşlıq Nazirliyinin baş direktoru Gilad Şadmonla görüşüb.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə edilib.