İsveçrənin Azərbaycandakı səfiri Tomas Stəli Elm və Təhsil Nazirliyində olub.
QİA.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Emin Əmrullayev ilə keçirilən görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.