Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq

Sen24,2021

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Azərbaycan Badminton Federasiyasından QİA.AZ-a verilən məlumata görə, “TotalEnergies BWF World Championships 2021”ə vəsiqə qazanmış badmintonçuların siyahısında 23 yaşlı idmançının da adı var.

Dviçayo kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib. O, Azərbaycanı nüfuzlu yarışda təmsil edən ilk badmintoçu olacaq.

Qeyd edək ki, dünya çempionatı bu il 12 – 19 dekabrda təşkil ediləcək.

Oxşar Xəbərlər