Azərbaycan iqtisadiyyatı gözlənildiyindən daha sürətlə bərpa olunur – Samir Şərifov

Noy12,2021

Azərbaycan iqtisadiyyatı gözlənildiyindən daha sürətlə bərpa olunur.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, pandemiya nəticəsində Azərbaycan iqtisadiyyatında baş verən azalma daha sürətlə bərpa olunur:

“ÜDM-nin bərpası daha sürətlə baş verir. Bu ilin 9 ayında ÜDM-nin real artımı 4.8 faiz təşkil edib. Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki səviyyəyə gələcəyinin 2022-ci ildə baş verəcəyi nəzərdə tutulsa da görürük ki, carin ilin sonuna həmin səviyyəni bərpa edəcəyik ki, bu da çox uğurlu göstəricidir. Qeyri-neft sektorunda isə artım 6.2 faiz təşkil edib. Bu dövr ərzində Azərbaycanın xarici ticarət dövriyəsi 8.3 faiz artıb,” – deyə nazir bildirib.

Oxşar Xəbərlər