Bu il 40-cı dəfə təşkil olunacaq TÜYAP İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) stendi ilə təmsil olunacaq.
“QİA.AZ”ın Türkiyə bürosu xəbər verir ki, sərgi noyabrın 18-21-də İstanbul Fuar və Konqres Mərkəzində açılacaq.
Hər il olduğu kimi, bu il də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgidə ölkənin qədim tarixinin, zəngin mədəniyyətinin, Qarabağ həqiqətlərinin təbliğ olunduğu kitablar nümayiş etdiriləcək.
Xatırladaq ki, İstanbulda hər il təşkil olunan ənənəvi kitab sərgisinə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar qatılır. Nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.