Azərbaycan itkin düşən erməni hərbçini Ermənistana qaytarıb

Okt6,2021

Azərbaycan Ermənistan-Azərbaycan dövlət sərhədində itkin düşmüş hərbçi Artur Borisoviç Davidyanı Ermənistana qaytarıb.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Suren Papikyan bildirib.

Qeyd edək ki, 32 yaşlı Artur Borisoviç Davidyan bu ilin avqustunda iki ölkənin dövlət sərhədində itkin düşüb.

Oxşar Xəbərlər