Bu ilin yanvar-may aylarında Azərbaycan 32,738 milyon ABŞ dolları dəyərində 6 min 726 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
“QİA.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,124 milyon ABŞ dolları (8,7 %) və 472,3 min ton (6,5 %) azdır.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,75 %-ni təşkil edib.