Bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların idxal-ixrac göstəriciləri açıqlanıb.
“QİA.az” bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların idxalı 14,9 % artaraq 13,3 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə kakao və ondan hazırlanan məhsulların idxalı Azərbaycanın ümumi idxalının 0.83 %-ini təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların ixracı 12,3 % azalaraq 673 min ABŞ dolları təşkil edib.