Azərbaycan karateçiləri Premyer Liqada 2 medal qazanıb

May2,2021 #Azərbaycan #Karate

Azərbaycan yığması Portuqaliyanın paytaxtı Lissabonda başa çatan Karate1 Premyer Liqa turnirində 2 medal qazanıb.

“QİA.az”ın məlumatına görə, 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı gümüş medala sahib olub. Onun Gürcüstan təmsilçisi ilə final görüşü 3:3 hesablı heç-heçə ilə yekunlaşsa da, hakimlərin qərarı ilə qələbə rəqibinə verilib.

Tərkibi Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata komandası isə Misiri üstələyərək, bürünc medal əldə edib.

Oxşar Xəbərlər