Azərbaycan kimi dost və qardaş dövlətlərimizin hüquq və mənafelərini qorumaq üçün gecə-gündüz, yay-qış demədən mübarizəmizi davam etdiririk.
QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə Böyükşəhər Bələdiyyəsi Məclis Salonunda etdiyi çıxışında deyib.
Onun sözlərinə görə, Türkiyə ölkə tarixinin ən gərgin əməliyyat dövrünü yaşayır: “Sərhədlərimiz ən intensiv tədbirlərlə qorunur”.