Kişi voleybolçulardan ibarət “Murov Az Terminal” komandasının yeni baş məşqçisi məlum olub.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Bakı klubu belaruslu mütəxəssis Aleksandr Poznyokov ilə anlaşıb. 61 yaşlı çalışdırıcının müqaviləsinin müddəti birillik nəzərdə tutulub.
O, bu vəzifədə hazırda kişi voleybolçulardan ibarət Azərbaycan millisinə rəhbərlik edən Fərid Cəlalovu əvəzləyib.
A.Poznyokov son olaraq ölkəsinin “Şaxtyor” (Soliqorsk) klubunda işləyib.