Azərbaycan komandası Stokholmda keçirilən beynəlxalq minifutbol turnirinə qələbə ilə başlayıb

Stokholm şəhərində İsveçdə yaşayan diaspor təşkilatları və ictimai qurumları arasında keçirilən “Stockholm United FM 2024 – SUSA FM 2024” minifutbol turnirinə start verilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnir Stockholm United Sport Academy-nin (SUSA) rəhbəri, İsveçdə yaşayan Rüfət Əhmədovun təşkilatçılığı ilə həyata keçirilir.

Yarışda Azərbaycan, İsveç, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Polşa, Nikaraqua, Ukrayna, Ekvador, Tanzaniya, Meksika, Seneqal, Braziliya və Nigeriya komandaları iştirak edir. Azərbaycan komandasının turnirdə iştirakı və dəstəyi SAF İsveç-Azərbaycan birliyinin sədri Sevda Dadaşova, Diasporla İş üzrə Dövlət Komitəsi və Milli Olimpiya Komitəsi tərəfindən təmin edilib.

Qeyd edək ki, ilk gündə Nigeriya ilə qarşılaşan Azərbaycan rəqibinə 5:3 hesabı ilə qalib gəlib.

İyunun 21-dək davam edəcək “Stockholm United FM 2024 – SUSA FM 2024” minifutbol turniri İsveçdə 3-cü dəfə keçirilir.

Qeyd edək ki, ilk dəfə 2022-ci ildə keçirilmiş turnir Şuşa şəhərinə həsr edilmişdi.

Oxşar Xəbərlər