Azərbaycan Kuboku: İlk yarımfinaçılar müəyyənləşir

Fev6,2021

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə bu gün start veriləcək.”QIA.AZ”ın məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.”Qəbələ” son ölkə çempionu “Qarabağ”ı qəbul edəcək. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Meydan sahibləri mərhələ adlamaq üçün minimum 2 cavabsız qolla qalib gəlməlidir.Günün digər matçında “Səbail” Bakıda “Sumqayıt”la üz-üzə gələcək. İlk qarşılaşmada qələbə qazanan paytaxt klubuna cavab görüşündə heç-heçə də kifayət edəcək.Bu iki cütün qalibləri yarımfinalda bir-biriləri ilə görüşəcək.Azərbaycan Kuboku1/4 final mərhələsiCavab oyunları15:00. “Qəbələ” – “Qarabağ”İlk oyun – 1:3.Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq BəkirovHakim-inspektor: Anar SalmanovAFFA nümayəndəsi: Rüfət ƏmirovQəbələ şəhər stadionu, 15:0018:00. “Səbail” – “Sumqayıt”İlk oyun – 1:0.Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllıHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Aslan Şahgəldiyev“ASCO Arena”.

Qeyd edək ki, 1/4 finalın digər oyunları fevralın 7-də olacaq. “Kəpəz” “Keşlə”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək. “Neftçi” və “Kəpəz” ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.

Oxşar Xəbərlər