Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
QİA.AZ-ın məlumatına görə, günün ilk matçında “Keşlə” “Zirə”ni qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı “Keşlə” açıb. 45+2-ci dəqiqədə Sadio Tounkara fərqlənib.
Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıya qonaqlar daha fəal başlayıb. “Zirə”nin heyətində Rodriqo Bonqonqui 57-ci dəqiqədə tarazlığı bərpa edib. 5 dəqiqə sonra isə Nemanya Ancelkoviç komandasını önə keçirib.
Qeyd edək ki, günün digər matçında “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Cavab qarşılaşmaları aprelin 29-da olacaq.