Azərbaycan məhsulları Dubayda “Gulfood 2021” sərgisində nümayiş etidirilir

Fev22,2021

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisi başlayıb.

QİA.AZ bu Barədə İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, sərgidə “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsulları nümayiş etdirilir:

“Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı və un məmulatları, çay, mürəbbə və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir”.

Sərgi fevralın 25-dək davam edəcək

Oxşar Xəbərlər