Ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə mayın 21-də bu ölkənin Milli Assambleyasının Birinci vitse-spikeri Marta Matrai ilə görüşüb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Görüşdə Marta Matrainin bu il iyunun 5-6-da TÜRKPA-nın 13-cü plenar iclasında iştirak etmək məqsədilə Bakıya səfərinə hazırlıq prosesinə dair fikir mübadiləsi aparılıb.