Azərbaycan millisinin baş məşqçisi: Qarşımıza ölkəmizin adına layiq mübarizə aparmaq məqsədi qoyulub

May2,2024

Qarşımıza Azərbaycanın adına layiq mübarizə aparmaq məqsədi qoyulub.

QİA.az xəbər verir ki, bunu “Report”a açıqlamasında kişi voleybolçulardan ibarət Azəbaycan milli komandasının baş məşqçisi Fərid Cəlalov deyib.Qızıl Avropa Liqasında mübarizəyə qoşulacaq yığmanın rəqibləri barədə danışan mütəxəssis turnirə ciddi hazırlaşdıqlarını bildirib: “Bizi mayın 17-də və 19-da Bakıda müvafiq olaraq Rumıniya və Ukrayna milliləri ilə oyunlar gözləyir. Estoniya, Lüksemburq, Belçika və Makedoniya yığmaları qrupdakı digər rəqiblərimiz olacaq. Hə biri yüksək səviyyəli komandalardır. Makedoniya və Lüskemburqa əvvəlki oyunlarda qalib gəlmişik.

Digərləri ilə başabaş mübarizə apardığımızı deyə bilərəm.Tək Belçika yığması ilə sınaq bizim üçün ilk olacaq. Əsas məqsədimiz qələbə qazanmaqdır. Meydançaya yaxşı nəticə üçün çıxacağıq. Voleybolçularımızla qarşılıqlı söhbətlərimiz olub. Onlara dövlət bayrağımızın və ölkəmizin idman şərəfinin yüksək səviyyədə təmsil olunması tapşırığı verilib. “Dördlər finalı”na yüksəlib-yüksəlməyəcəyimizi zaman göstərəcək”.

F.Cəlalov Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində məşqlərə başladıqlarını söyləyib: “Ölkə çempionatının finalından sonra bir qədər fasilə verdik. Hazırlığımız yüksək səviyyədə davam edir, zədəli oyunçularımız yoxdur. Birləşmiş Ərəb Əmirliklərinin “Hatta” komandasında çıxış edən Andrey Vasilenko mövsüm başa çatmadığı üçün yığmanın düşərgəsinə qoşulmayıb. Lakin mayın 8-dən etibarən bizimlə bərabər olacaq.

Demək olar ki, millimizin heyətinin əksəriyyətini gənclər təşkil edir. Bəzi voleybolçuların karyeralarını başa vurması səbəbindən gəncləşdirmə siyasəti aparmağı qərar aldıq. Ümid edirəm ki, hər kəs əlindən gələni edəcək. Zamanımız azalıb, iki həftə ərzində oyunlara hazırlaşmalıyıq”.

Oxşar Xəbərlər