Azərbaycan millisinin sabiq futbolçusu karyerasını bərpa edib

Mar26,2024

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov karyerasını bərpa edib.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, 39 yaşlı keçmiş oyunçu II Liqa təmsilçisi “Cəbrayıl”la anlaşıb.

Əmircanov mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, yığmanın sabiq üzvü karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarında çıxış edib.

Oxşar Xəbərlər