Azərbaycan millisinin Slovakiya ilə qarşılaşacaq heyəti açıqlanıb

Apr6,2021

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.

“QİA.az”ın məlumatına görə, Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq. Levice şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinha və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir. Millinin səfər oyunu üçün heyətini diqqətinizə çatdırırıq. Qeyd edək ki, qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

NAd və soyadKlub
1Rövşən HüseynliAraz-Naxçıvan
2Emin KürdovEKOL
3Cavad MəmmədovNeftçi İK
4Xətai BağırovAraz-Naxçıvan
5Rizvan FərzəliyevAraz-Naxçıvan
6Fineo De AraujoAraz-Naxçıvan
7İsa AtayevAraz-Naxçıvan
8Amir ŞojaeiAraz-Naxçıvan
9Ramiz ÇovdarovAraz-Naxçıvan
10Tofiq MikayılovEKOL
11Eduardo BorgesACCSS FUTSAL (Fransa)
12Everton KardosoLevante (İspaniya)

Oxşar Xəbərlər